SON DƏQİQƏ! Rusiya qüvvələrinin işgəncə otaqlarının GÖRÜNTÜLƏRİ YAYILDI – FOTOLAR

Ukraynanın şərqindəki Xarkov vilayətinin İzyum şəhərində kütləvi məzarlıqlar üzərində işlər davam edir.

Reallıq Tv. xəbər verir ki, Rusiya işğalından azad edilən İzyumda Ukrayna tərəfindən işgəncə otaqları olduğu iddia edilən polis bölməsinə baxış keçirilib.

Müharibənin 6 ayı ərzində yüzlərlə İzyum sakininin polis bölməsində rus qüvvələri tərəfindən işgəncələrə məruz qaldığı, otaqlarda qaz maskaları, divarlarda güllə dəliklərinin olduğu bildirilir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda kütləvi məzarlıqdakı 445 cəsədin şəxsiyyətinin müəyyən edildiyini açıqlamışdı.

Zelenskinin ifadəsindən sonra bölgədə aparılan araşdırmalarla meyitlərin əllərinin arxadan bağlandığı müəyyən edilib, başlarının arxasında güllə və bıçaq yaralarının olduğu ortaya çıxıb.