“SSRİ iyrənc yalan idi” – Anatoli Çubays

    Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays ” Sovet hakimiyyəti iyrənc yalan ” adlandırıb. 

      “Səhər tezdən radionu qoşursan və sevincli səs eşidirsən: “Salam, uşaqlar”. Bax, birincidən sonuncu sözə qədər iyrənc yalan idi. Hər kəs bunun yalan olduğunu yaxşı başa düşürdü. Oxşar yalan dövlət həyatının hər aspektində müşahidə edilirdi”, – deyə o bildirib.

      Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncə SSRİ-nin çöküşünü XX əsrin ən böyük fəlakəti adlandırmışdı.