SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı dünyasını dəyişdi
Böyük Vətən Müharibəsi iştirakçısı, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı , istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Reallıq.tv bildirir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. “Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”,- məlumatda deyilir.
Bildirək ki, Tofiq Yaqub oğlu Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı idi. Onun Azərbaycan Silahlı Qüvvələrinin ( qoşun növü olaraq Hava Hücumundan Müdafiə – red. ) formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər olmuşdur.
Qısa tanıtım:
Tofiq Yaqub oğlu Ağahüseynov 23-cü il fevral ayının 1-də Azərbaycanın Şəki şəhərində anadan olub.
1994-cü ilin yanvar ayında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı. Korsun – Şevçenko rayonunda düşmənin 10 diviziyası və 1 briqadası mühasirəyə alınaraq məhv edildi. Sonra 4-cü Ukrayna cəbhəsinin qoşunları Pripyat çayından Dneprin mənbəsinə qədər böyük cəbhə boyu hücuma keçərək cənub qövsündə faşist ordusunun çox güclü qruplaşmasını darmadağın etdi və aprelin 17-də Sağsahil Ukrayna azad oldu. Sovet ordusu Rumıniya və Çexoslovakiyanın sərhədlərinə çatdı. Ordumuz qara dəniz donanmasının da iştirakı ilə Krım və odessanı azad etdi.
O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Tofiq Yaqub oğlu Ağahüseynov 13 may 2021-ci ildə, 98 yaşında vəfat edib.
Tanrı rəhmət etsin.