Sumqayıt, Xırdalan, Pirşağıda qatar sayı artırılır

      Bakı-Sumqayıt dəmir yolu xəttində yeni hərəkət cədvəli tətbiq edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Musavat.com-a verilən məlumayta görə, dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.

Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq.