Sürücülərin DİQQƏTİNƏ! Bu qayda pozuntusunun 150 manat cəriməsi var

Son zamanlar yollarda hərəkət edən sürücülərin lüzumsuz yerə arxa duman işıqlarından istifadə etmələri ilə tez-tez rastlaşırıq.

Realliq.TV bildirir ki, bəzi sürücülər isə arxa duman fənərlərini stop işıqlarına qoşaraq konstruksiyaya müdaxilə edirlər. Hər iki halda qanunun tələbinin pozulması ilə yanaşı, həm də digər hərəkət iştirakçılarının gözünün qamaşması ilə nəticələnir.

“Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, arxa duman fənərləri yalnız məhdudiyyətli görünmə şəraitində yandırıla bilər.

Yolda belə şərait olmadığı halda həmin fənərləri yandıran sürücülər 30 manat məbləğində cərimə oluna bilər.

Qeyd edək ki, xarici işıq cihazlarına müdaxilə edərək arxa duman fənərlərini stop işıqlarına qoşan sürücülər isə 150 manat məbləğində cərimə oluna bilər.