Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalı bu gün də davam edəcək
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının növbəti günü qala konsertlə davam etdiriləcək.
Realliq.tv bildirir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərində dünən başlayan “Xarıbülbül” musiqi festivalının ilk günündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib.