Şuşa şəhərində Molla Pənah Vaqifin türbəsinin bərpası davam edir

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ekspert qrupu tərəfindən Molla Pənah Vaqifin türbəsinin bərpa layihəsi işlənilib. 

Realliq.TV bildirir ki, abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.

Bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.

Molla Pənah Vaqifin türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib.

Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.