Şuşaya “İsgəndər” atıldığını ilk dəfə deyən Akopyandan Qazaxın 7 kəndi və Kərki ilə bağlı növbəti açıqlama
Xatırlayırsınızsa, Şuşaya “İsgəndər” atdıqlarını ilk dəfə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan boynuna almışdı və onun açıqlamalarına çoxları inanmamışdı, sonradan bu təsdiqini tapdı.
Movses Akopyan bu səfər Qazaxın kəndləri və Kərki ilə bağlı açıqlama verib.
O, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir:
” Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı.
Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi.
-Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib”.