Təhsil naziri Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb

Mayın 25-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru  Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil nazirliyindən Realliq.Tv – yə verilən məlumata görə, görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib.

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib.