“Tələbə doğru” layihəsi çərçivəsində növbəti canlı yayım təşkil ediləcək

20 may saat 16:30-da Təhsil Nazirliyinin rəsmi “Instagram” səhifəsi üzərindən “Tələbə doğru” layihəsi çərçivəsində növbəti canlı yayım təşkil ediləcək.
Canlı yayımın mövzusu “Sinif otağından gələcək karyeraya gedən yol”dur.
Canlı yayım zamanı mövzu ilə bağlı suallarınızı da ünvanlaya bilərsiniz.
İzləməyi unutmayın!