Tağaverd kəndində düşmənin əski parçasını çıxartmağa məcbur edən AZƏRBAYCAN ƏSGƏRİ
44 günlük savaşı zamanı Xocavənd rayonunun ən böyük kəndlərindən biri olan Tağaverd kəndinin yuxarı hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusunun nəzarəti altına keçib, aşağı hissəsi isə hələ ki, Rusiya sülhməramlılarının nəzarətindədir və orda erməni hərbiçilər də qalmaqdadır.
Hazırda Tağaverdin 600 hektarlıq torpaq sahəsindən cəmi 100 hektarına ermənilər nəzarət edə bilir. Onun da 20 hektarı təhlükəli zona sayılır.
Tağaverd kəndində az sayda qalmış erməni sakinlərinin bildirdiyinə görə , təxminən 1 ay öncə Tağaverddə keşik çəkən Azərbaycan əsgərləri separatçıların kəndin qarşı tərəfində asılmış “bayrağı”nı ərazidən yığışdırmağı tələb ediblər.
Erməni tərəfi əvvəlcə bununla razılaşmaq istəməyib. Vəziyyətin silahlı toqquşmaya keçməməsi üçün hətta rusiyalı sülhməramlılar da hadisə yerinə gəliblər.
Azərbaycan tərəfinin qətiyyətli tələbi nəticəsində nəhayət, erməni hərbçilər həmin əski parçasını çıxarmağa məcbur olublar.
Kəndində az sayda qalmış erməni sakinləri deyiblər ki, vəziyyət dəyişməzsə, çoxları kənddən ayrılmaq məcburiyyətində qalacaq.
Hazırda Tağaverddə qalan azsaylı erməni sakinlər kəndin Qırmızı bazar qəsəbəsinə yaxın ən aşağı hissəsində yaşayırlar…