Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərdən biri- ATATÜRK

   Bu gün Türk dünyasının öndərlərindən biri olan Mustafa Kamal paşa Atatürkün doğum günüdür.  
        Mustafa Kamal Atatürk (d. 19 may 1881, Saloniki – ö. 10 noyabr 1938, İstanbul) — Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri olmuşdur. O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirmişdir. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq etmişdir. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra “Qazi” adını almış və ona ali marşal rütbəsi verilmişdir. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olmuşdur. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmamışdır.
       Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Öndərlər hər zaman əbədiyaşardır. Hər zaman bizimləsən. Tinin şad, yerin uçmaq olsun, ATATÜRKÜM.