Tatarıstanda dünyanı sarsıdan dəhşətli faciə

Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən 175 saylı  gimnaziyada  qanlı hadisə baş verib.

Realliq.tv -nin verdiyi məlumata görə məktəbdə yeniyetmələrdən biri silahla şagirdlərə atəş açıb. Bu dəqiqələrə olan məlumata görə qanlı hüçüm nəticəsində    qurbanların sayı   11-ə yüksəlib. Ölənlər arasında şagirdlər də var.  Hücum nəticəsində 21 nəfər yaralanıb ki, onlardan 18 nəfəri məktəblidir. Onların əksəriyyəti müxtəlif dərəcəli güllə yaraları alıblar. Yeddi nəfərin vəziyyəti ağırdır.

Hadisı ilə bağlı Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə başsağlığı verib. 

Kazandakı terror hadisəsindən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Milli Qvardiyanın başçısı Viktor Zolotova silahların mülki dövriyyəsi ilə bağlı yeni bir tənzimləmə hazırlanması barədə təlimat verib.

İlkin məlumata görə qanlı hadisə ilə bağlı Rusiya Federasiyada matəm günü elan edilib.