Çinin atdığı raket Hind okeanına düşdü
Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları bu gün səhər saatlarında – Bakı vaxtı ilə 6.24-də Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.
ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.
Bildirək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.