Türk Birliyi GECİKİR – “Rus qoşunları Qazaxıstandan çıxmayacaq” – SƏBƏB

“Türkdilli dövlətlərin niyə belə gecikdiyini mən başa düşmürəm. Toplantı ötən həftə olmalıydı. Profilaktika işində gecikirik. Problem olur və onu sonra həll etməyə çalışırıq. Halbuki qabaqcadan qarşısını almaq olardı” deyən eks deputat Cümşüd Nuriyevin fikrincə, TDT XİN rəhbərlərinin ortaq fikiri Qazaxıstandakı siyasi sabitliyin dəstəklənməsi olub.

Reallıq Tv-yə özəl açıqlamasında Cümşüd Nuriyev fövqəladə toplantının nəticəsini görə bilmədiyini əlavə edib. Yəni ola bilər, nəticə gizli saxlanılıb. 

“Tokayevin deməyi ilə deyil, Qazaxıstana rus ordusunun axını davam edir. Orda 2 min 500 nəfər nəzərdə tutulurdu. Lakin Qazaxıstandan aldığım məlumata görə, rus qoşunları 15 minə çatmaqdadır”. 

– Amma sülhməramlıların yanvarın 13-də çıxacağı elan olunub. Sizsə deyirsiniz ki, Qazaxıstana əlavə rus qoşunları gətirilib.

“Rusiyanın geri qayıtmaq məsələsi yoxdur. Kreml Şərqi Qazaxıstanı öz nəzarətinə götürüb. Qazaxların ən güclü olduqları yer Almatıdır.

Almatıya girməklə bunların başqa maraqları var. Bura Özbəkistan-Əfqanıstan maraqlarını daxil etmək olar. Almatıda belə hadisələrin baş verməsi gözlənilən idi. Çünki uzun illər Qazaxıstanın siyasi elitası burda toplanmışdı. Yaranmış mühiti dəyişmək üçün isə Qazaxıstan elə bir addım atmadı. Tokayev isə Rusiyanın adamıdır”.

Politoloq sonda vurğulayıb ki, KTMT-nin Qazaxıstan fəaliyyəti ilə bağlı Türk Birliyi gecikir.