Türkiyə hava missiyası çərçivəsində F-16 qırıcılarını Polşaya göndərəcək
Türkiyə NATO-nun hava patrulu missiyası çərçivəsində F-16 qırıcılarını Polşaya göndərəcək.
Realliq.TV bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə və Polşa NATO çərçivəsində güclü mövqe nümayiş etdirirlər. Məmnuniyyətlə deyirəm ki, Türkiyə NATO-nun genişləndirilmiş hava missiyası çərçivəsində F-16 qırıcılarını Polşaya göndərəcək”, – Ərdoğan bildirib.