“Türkiyə meqapolisinin geostrateji əhəmiyyəti artacaq” – R. T. Ərdoğan
İstanbul kanalının tikintisinin bu ilin iyun ayının sonunda başlaması planlaşdırılır.
Realliq.TV bildirir ki, bu sözləri İstanbulun Çamlıca rayonunda yeni teleqüllənin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əlbətdə ki, bu meqalayihə ilə bağlı narahatlıqlarını bildirənlər olacaq. Bu, bizi dayandırmayacaq”, – Ərdoğan bildirib.
Prezidentin sözlərinə görə, layihənin icrası Türkiyə meqapolisinin geostrateji əhəmiyyətini artıracaq: “Türkiyənin yeni süni kanalının sağ və sol sahillərində iki şəhər inşa ediləcək. Bu şəhərlər İstanbulun görünüşünü bəzəyəcək”.