Türkiyə Müdafiə Nazirliyindən Qarabağ açıqlaması – Ərazilərin minalardan təmizlənməsi

Türkiyənin Müdafiə nazirliyi Ermənistanın işğalından azad edilmiş ərazilərdə 304.318 kvadratmetr ərazinin minalardan təmizləndiyini açıqlayıb.

Realliq.TV bildirir ki, açıqlamada iki ölkə arasındakı əməkdaşlığa da toxunulub. 

“Qardaş ölkə Azərbaycanla ikili hərbi əməkdaşlıq çərçivəsində keçirilən hərbi təlimlər zamanı Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bütün vəzifələrin öhdəsindən gələ biləcək gücdə olduğunu bir daha göstərdi“.

Türkiyə Müdafiə nazirliyindən edilən açıqlamada o da vurğulanır ki, ərazilərin minalardan təmizlənməsi üçün daha 5 texnika (MEMATT) 2-ci mərhələdə Azərbaycana göndərilib. 

“”İki dövlət, tək millət” olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.