Türkiyə ordusu şəhid olan əsgərinin qisasını aldı

    Türkiyə ordusunun  bir əsgəri “Pəncə-İldırım” əməliyyatı bölgəsindəki terror hücumunda şəhid olub.

       Realliq.TV bildirir  ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

     “Terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində “Pəncə-İldırım” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız şəhid olub. İraqın şimalında, Metina ərazisində əsgərimiz Yasin Özdamarı şəhid edən 2 terrorçu qaçmağa macal tapmayıb və dərhal Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – açıqlamada bildirilib.