Türkiyə ordusunda”Kaplan” və “Pars” – tankların qənimi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbi  arsenalına orta mənzilli silahların tank əleyhinə sistemini daşıyan və  dəqiq idarəolunan raketlərlə tankların ən böyük düşməni olan “Kaplan” və “Pars” hərbi avtomobilləri əlavə edilib. 

Realliq.TV   “TRT Haber” -ə istinad edərək bildirir ki, “Kaplan” və “Pars” hərbi avtomobilləri sərt şərtlərdə işləyə bilirlər. Hər iki texnika anti-tank funksiyasını, eləcə də qabaqcıl nəzarət və komanda idarəçiliyi missiyalarını yerinə yetirirlər.

“Silah Daşıyıcı Avtomobillər Layihəsi” çərçivəsində “Kaplan” paletli, “Pars” isə təkərli vasitə olaraq inkişaf etdirilib. Layihə çərçivəsində 260 “Kaplan” və “Pars” istehsal edilərək TSK-nın invertarına təhvil veriləcək.

Nəqliyyat vasitələri həmçinin orta mənzilli silahların tank əleyhinə sistemini daşıyırlar. Yeni nəsil “ovçular” daşıdıqları dəqiq idarəolunan raketlərlə tankların ən böyük düşmənidirlər.