Türkiyə PUA-larında yeni raketlər

“Anadolu” agentliyinin məlumatına görə Türkiyənin “Troy Teknoloji Savunma” şirkəti PUA-lar üçün mini raketlər hazırlayıb.

Yeni 170 millimetrlik raketlər idarəolunan və idarəolunmayan ola bilər. Mini raketlərin antiterror əməliyyatlarında istifadə edilmək üçün nəzərdə tutulduğu bildirilib. Raketlərin ümumi kütləsinin 500 qram olduğu vurğulanıb. Onun maksimum 2 kilometr məsafədəki hədəfləri məhv edə bildiyi qeyd olunub.