Türkiyə səfirliyindən Azərbaycana təbrik
Bir kərə yüksələn bayraq, bir daha enməz! – M.Ə.Rəsulzadə.
Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May – Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik.
Realliq.TV – bildirir ki, bu barədə Türkiyənin Bakıdakı səfirliyinin Feysbuk hesabındakı paylaşımında vurğulanıb.
Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.