Türkiyə sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər
Türkiyə öz sülhməramlılarını beynəlxalq hərbi kontingentin tərkibində Şərqi Qüdsə göndərə bilər. Lakin hələ ki, bu barədə parlamentə müvafiq sorğu daxil olmayıb.
Bunu Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Əhməd Berat Çonkar bildirib.
O qeyd edib ki, hazırda məsələ ilə bağlı İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərlə danışıqlar aparılır.