Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

Reallıq Tv. xəbər verir ki, zəlzələdən sonra iki nəfər ürəktutmadan dünyasını dəyişib.

Ölənlərdən biri 48 yaşlı Hikmət Çələbi, digəri isə 63 yaşlı Sevim Çengeldir. Həmin şəxslər zəlzələdən sonra yaşadıqları həyəcan səbəbindən ürəktutmadan vəfat ediblər.