Türkiyədə korona ilə bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində daha 194 nəfər koronavirusdan vəfat edib. Reallıq.tv

xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 21 min 879 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Türkiyədə 2 milyon 270 mindən çox insan koronavirusa yoluxub.