Türkiyədə mikroavtobusla avtomobil toqquşub, 22 nəfər xəsarət alıb

Türkiyədə Muğla ilinin Menteşe rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.

Bu barədə Reallıq Tv. “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.