Türkiyədə yanğın: Alovlar şoseyə çataraq külək elektrik stansiyasını təhdid edir

Türkiyənin populyar turistik bölgələrindən olan Çeşmədə meşə yanğını baş verib.

Reallıq Tv. Oxu.az-a istinadən xəbər verir ki, naməlum səbəbdən başlayan yanğın artıq magistral yola yaxınlaşaraq, külək elektrik stansiyası üçün təhlükə yaradıb.

Hazırda yanğının lokallaşdırılması və stansiya ərazisinə keçməsinin qarşısını almaq üçün işlər görülür.