Türkiyədən AKINCI S-1 adlı yeni PUA
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraqdar Tvitter hesabında AKINCI S-1 adlı yeni pilotsuz uçuş aparatının uğurlu sınaq uçuşundan yazıb.
Səlcuq Bayraqdar AKINCI S-1-in kütləvi istehsalına başlandığını da vurğulayıb.
Qeyd edək ki, yeni PUA-nı “Baykar makina” şirkəti istehsal edəcək.