Türkiyədən Çinə Azərbaycandan tranzitlə növbəti yük qatarı hərəkət edəcək

Türkiyədən Çinə Azərbaycandan tranzitlə daha iki ixrac yük qatarı hərəkət edəcək.

Bu barədə Türkiyə Dövlət Dəmir Yolları idarəsi məlumat yayıb.

41 konteynerdən ibarət yük qatarları Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə çatacaq.

Yükün 2 həftəyə Çinə çatması planlaşdırılır. Konteynerlər 2 250 tondan çox tikinti materialı və melamin örtüyü daşıyır.