Türkiyədən Liviyaya dəstək mesajı
Türkiyənin vitse-prezidenti Fuad Oqtay Liviya Prezident Şurasının sədr müavini Abdullah əl-Lafini qəbul edib.
Realliq.TV bildirir ki, görüşdə Türkiyə-Liviya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında müzakirə olunan məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Dekabrın 24-də Liviyada planlaşdırılan seçkilər barədə danışan F.Oqtay Türkiyənin daimi sülh üçün tam dəstək verəcəyini vurğulayıb.