Türkiyəli professordan miqren xəstəliyini önləyəcək üsullar

Türkiyədən olan nevrologiya üzrə professor doktor Oğuzhan Onultan hər baş ağrısı zamanı həblər qəbul etmək əvəzinə tərkibində süni qatqılar olmayan, maqneziumla zəngin göyərti, müxtəlif tərəvəzlər və meyvələrlə hazırlanan içəcəkləri məsləhət görür. Bunlar ispanaq, kərəviz, kətan toxumu, banan, çiyələk və daha bir neçə tərəvəz və meyvələrdir.

Professor bildirib ki, ən başlıcası gün ərzində 2 litr su içməyi tövsiyə edilir. Miqren olaraq anladılan baş ağrıları çox zaman qidalanmaya bağlı olur.

Baş ağrısının ən böyük səbəbi orqanizmdə su çatışmazlığıdır. Gün ərzində 2-2,5 litr, isti havalarda isə bir qədər də artıq su içmək lazımdır.

Miqreni önləyəcək 3 tərif bunlardır:

1-ci üsul – 1 ədəd banan, 1 dəstə ispanağ, bir qədər təzə nanə, 1 kasa yağsız qatıq, 1 stəkan laktossuz süd, 5-6 ədəd çiyələk, 1 çay qaşığı kətan toxumu. Bunları qarışdırıb kokteyl halına gətirmək lazımdır. Bu qarışığı hər gün içmək olar.

2-ci üsul – 4 dilim ananas, 3-4 yarpaq kahı, 1 ədəd kərəviz saplağı, 1 ədəd limon (qabıqlı).

3-cü üsul– yaşıl alma, ispanağ və xiyar qarışığı.

Verilmiş üsullarün hər hansı birindən istifadə edə bilərsiniz.

Doktor Oğuzhan Onultan belə qarışıqlı içkilərin hər gün , davamlı olaraq qəbulunun meqreni önləyəcəyini qeyd edib.