Türkiyənin ABŞ-la 100 milyard dollarlıq ticarət hədəfi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı şirkət rəhbərləri ilə görüşündə bildirib ki, ABŞ-la 100 milyard dollarlıq ticarət hədəfimizə çatmaq üçün ortaq maraqlara və dəyərlərə əsaslanan səmimi bir yanaşma lazımdır. İnanıram ki, NATO sammitində Baydenlə görüşümüz yeni dövrün müjdəsini verəcək.
“Üç qitənin ürəyi olan Türkiyəni qlobal bir istehsal və texnologiya bazasına çevirəcəyimizə inanıram. Təşviq sistemimizi sadələşdirərək, investorların bundan faydalanmasını asanlaşdıracağıq. Tezliklə Türkiyə Beynəlxalq Birbaşa İnvestisiya sənədimizi millətimiz və beynəlxalq sərmayədarlarımızla paylaşacağıq”, – Ərdoğan vurğulayıb.