Ukrayna bir neçə ölkədəki səfirlərini geri çağırdı

Ukrayna İran və Gürcüstandakı səfirini geri çağırıb.

Reallıq Tv. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Zelenski bu gün imzaladığı fərmanla Ukraynanın Gürcüstan, Slovakiya, Portuqaliya, İran İslam Respublikası və Livandakı fövqəladə və səlahiyyətli səfirlərini işdən azad edib.