Ukrayna, Gürcüstan və Moldovanı Rusiyadan daha da uzaqlaşdıracaq memorandum

 Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Ukrayna, Gürcüstan və Moldova Avropaya inteqrasiya məsələlərində genişləndirilmiş əməkdaşlığın başlanmasına dair memorandum imzalayıb.

      Kiyevdə baş tutan imzalama mərasimində Ukrayna XİN başçısı Dmitri Kuleba, Moldova Xarici İşlər naziri Aureliu Çokoy və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani iştirak edib.

      Kuleba bununla 3 ölkə arasında “Assoşeytedd Trio”nun yaradıldığını bəyan edib:

       “Bu, üç ölkə arasında Avropaya inteqrasiya mövzusunda əməkdaşlıq əlaqələrini artıracaq. Bu yeni bir təşəbbüsdür və bu qərar çox vaxtında qəbul edilib.

    Onun sözlərinə görə, Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə münasibətlərdə xüsusi tərəfdaş statusuna malikdirlər.