Ukrayna ordusu daha çox silah və sursat alacaq

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən gün olan tədbiri Ramştaynın dostların gözəl görüşü adlandırıb.

Reallıq Tv. xəbər verir ki, bu barədə Reznikov özünün “Twitter” səhifəsində yazıb.

“Dostların gözəl görüşü oldu. Azad dünya Ukraynanın yanında dayanıb cəsur Ukrayna əsgərlərini, cəsur xalqımızı alqışlayır. Ukrayna ordusu daha çox silah və sursat alacaq” – deyə nazir bildirib.