Ukrayna və Rusiya arasında danışıqlar Belarusda aparılacaq

Ukrayna və Rusiya arasında danışıqlar Berlarusun Qomel şəhərində aparılacaq,bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.

O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.