Ukrayna XİN Dmitri Kuleba : “Putinlə yalnız Donbas və Krımdan danışmaq üçün görüşmək niyyətindəyik”

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba  Krım və Donbas məsələləri müzakirə ediləcəyi təqdirdə Putinlə  görüşün baş tuta biləcəyini bildirib.

Xarici İşlər naziri qeyd edib ki, Kiyev və Moskvanın bu görüşlə bağlı ciddi əks yanaşmaları var.

“Ancaq onlarla danışmağa davam edəcəyik və bu mövqeləri yaxınlaşdırmağa çalışacağıq, çünki Rusiyada hər şeyə Vladimir Putin qərar verir və onunla görüşməliyik. Putinlə yalnız Donbas və Krımdan danışmaq üçün görüşmək niyyətindəyik”, – Kuleba bildirib.

Nazir dəqiq tarixi deyə bilmədiyini əlavə edib.

Zelenski bundan əvvəl Putinlə görüş təşkil etmək üçün danışıqların başladığını açıqlayıb. Ukrayna liderinə görə, bu neytral ölkədə baş verə bilər.

Kremlin sözçüsü Dmitri Peskov belə bir görüş üçün hazırlıqların başladığını təsdiqləyib. Bildirib ki, müzakirə üçün mümkün mövzuların eskizləri var.