Ukraynada Azərbaycan vətəndaşı olan idmançı İTKİN DÜŞDÜ

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

Reallıq Tv-nin məlumatına görə, Nikolayev şəhərində yaşayan həmvətənlimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

Qeyd edək ki, Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.