Ukraynada Rusiya KİV-lərinə qarşı sanksiya uzadıldı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik Şurasının Rusiya KİV-lərinə qarşı sanksiyaların uzadılması qərarını təsdiq edib.

Bu siyahıya TNT, VQTRK, “Zvezda”, Birinci kanal, RT və NTV daxildir.

Bundan başqa, sanksiya siyahısında qondarma “donetsk xalq respublikası”nın başçısı Denis Puşilin, qondarma “luqansk xalq respublikası”nın başçısı Leonid Paseçnik, Krım rəhbəri Sergey Aksyonov və bir sıra Rusiya vətəndaşları da var.