“Ulduzu gör” inkişaf proqramının növbəti buraxılışı

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki,  Təhsil Nazirliyinin dəstəyi, “T-NETWORK” təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramı davam edir.
“Ulduzu gör” inkişaf proqramının növbəti buraxılışında ev tapşırıqlarından danışılacaq.
 Proqram hər həftənin çərşənbə günü saat 19:30-da “T-Network”un “Facebook” səhifəsi üzərindən (https://bit.ly/37og3Bf) canlı yayımlanır.