ÜST-dən COVİD-19-la bağlı həyəcan təbili
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, COVİD-19 pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər.
“COVİD-19 artıq 3,3 milyon nəfərdən çox insanın ölümünə gətirib çıxardı və biz pandemiyanın ikinci ilinin birinci illə müqayisədə daha çox öldürücü ola biləcəyini düşünürük”, – o deyib.
Tedros Adanom Qebreyesus onu da bildirib ki, koronavirusa yoluxma və ölüm faizi bütün dünyada nəzarətdən çıxıb.