Vətən müharibəsi şəhidi Pərviz Güloğlan oğlu Nağıyev Tovuzda dəfn edildi

Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbi qulluqçusu Pərviz Güloğlan oğlu Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, çavuş P.Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. P.Nağıyevin 6 və 4 yaşında oğulları yadigar qalıb.

Tanrı rəhmət eləsin!