Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun cənazəsi Bakıya gətirilir – İtkin düşdüyü bilinirdi
Vətən müharibəsində itkin düşdüyü bilinən , sonradan şəhid olduğu təsdiqlənən ordumuzun hərbi qulluqçusu Təbriz İsmayıl oğlu İbrahimovun cənazəsi Bakıya gətirilir.
Mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətiriən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.
Vida mərasimində Salyan Rayon İcra Hakimiyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
Təbriz İsmayıl oğlu İbrahimov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhid olduğu məlum olub.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin !
Yurdumuz var olsun !