Vəzifəli şəxslər saxlanıldı – Bakı Baş Gömrük İdarəsində

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

       Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

       Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

  Keçirilən əməliyyatla bağlı  ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəyi bildirilir.