Vəzifəsindən kənarlaşdırılacaq və həbs olunacaq İcra Başçıları kimlərdir – SİYAHI
Son günlər hamını düşündürən suallardan biri də növbədə hansı icra başçılarının vəzifəsindən çıxarılacağı və ya həbs olunacağı ilə bağlı yaranmış suallardır. Reallıq TV -nin apardığı araşdırmalar və redaksiyamıza daxil olan məlumatlar yaxın günlərdə bir neçə icra başçısının “vurulacağını” və həbs olunacağını təsdiq etməkdədir.
Yaxın günlərdə vəzifəsindən kənarlaşdırılacaq icra başçıları arasında rast olunan adlara nəzər salanda məlum olur ki, bunların arasında çoxluq təşkil edənlər Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayə etdiyi məmurlardır. Fövqəl nazirin böyük məmur ordusu hazırda hədəfə çevrilib və növbəti kadr islahatı da onun yaxınlarından yan keçməyəcək. Reallıq TV apardığı araşdırmaların nəticəsini və vəzifəsindən qovulacaq icra başçılarının kimliyinə aşağıdakı videoda aydınlıq gətirib.