Valideynlərin nəzərinə! – Məktəbdə pul yığılarsa, BUNU MÜTLƏQ EDİN – VİDEO

“Əgər hər hansı yerlərdə qeyri-qanuni yığımlar varsa, kimsə müəyyən vəsait istəyirsə, bununla bağlı nazirliyə müraciət etsinlər”.

Reallıq Tv. xəbər verir ki, bu sözləri AZTV-yə açıqlamasında Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi əlavə edib ki, müraciət edənlər ünvanlı və sübutlarla danışmalıdır:

“Hər bir məktəbdə iki-üç nəzarətçi qoymaq mümkün deyil ki, kimin nə etdiyini bilək. Bunu cəmiyyət etməsə, nazirliyin 250 nəfərlik kontingenti edə bilməyəcək. Bunun üçün 146 qısa nömrəli qaynar xəttimiz və sosial şəbəkədəki səhifələr var. Şikayətlərini edə bilərlər. Lakin bu müraciətlər anonim olanda onu araşdırmaq çətin olur”.