Vendi Şerman Türkiyəyə səfər edəcək – ABŞ “qadın diplomatiya”sını işə salır

İyunun 15-də keçiriləcək NATO sammiti ərəfəsində  ABŞ dövlət katibinin müavini Vendi Şerman Türkiyəyə səfər edəcək.

 ABŞ Dövlət Departamenti bu barədə məlumat yayaraq bildirib ki, Şermanın 25 may-4 iyun tarixləri arasında Brüssel, Ankara, Cakarta, Punom Pen, Banqkok və Honoluluda olacaq.

Brüsseldəki görüşlərdən sonra Ankaraya gələcəyi açıqlanan Şermanın burada Türkiyənin hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyi deyilib.

Qeyd edək ki, bu, Co Bayden ABŞ-da hakimiyyətə gəldikdən sonra Vaşinqtondan Türkiyəyə ilk rəsmi səfər olacaq.