Vendi Şerman:”Türkiyə ABŞ-ın strateji müttəfiqidir “
Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman deyib ki, İyunun 14-də planlaşdırılan Bayden-Ərdoğan görüşünün müsbət tərəflərinin olacağına inanıram.
Vendi Şerman bildirib ki, görüşdə Bayden narahatlıqlarını dilə gətirəcək:
“Xüsusilə, insan haqları və demokratiya məsələsində Türkiyənin hansı yolda olması ilə bağlı narahatlığını çatdıracaq. Türkiyə ABŞ-ın strateji müttəfiqidir və dünya tərəfindən tanınan bir gücdür. Türkiyə ilə Əfqanıstan-Liviya məsələlərində hər kəsin qlobal dünya düzəninə riayət etməsi üçün birlikdə çalışırıq”.