Vladimir Putundən İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama
Rusiya Federasiyasının prezidenti Vladimir Putundən İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamasında deyib : “Gərginləşən Fələstin-İsrail münaqişəsi sərhədlərimizin yaxınlığında baş verir və bu, təhlükəsizliyimizin maraqlarına birbaşa təsir edir “.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində deyib.
“Gündəlikdə duran məsələlərə keçməzdən əvvəl həmkarlardan Yaxın Şərqdəki vəziyyət barədə danışmalarını xahiş edərdim. Gərginləşən Fələstin-İsrail münaqişəsini nəzərdə tuturam. Bu, sərhədlərimizin yaxınlığında baş verir və təhlükəsizlik maraqlarımıza birbaşa təsir edir. Eləcə də, qonşu dövlət olan Ukraynada hazırda baş verənləri şərh etməyinizi xahiş edərdim”, – deyə Rusiya Prezidenti bildirib.