Vladimir Zelenski: “Hazırda 700 mindən çox döyüşçümüz var, amma yetərli deyil”

Reallıq Tv. Ukrayna mediasına xəbər verir ki, prezident Vladimir Zelenski ukraynalı jurnalistlərə müsahibəsində bu sözləri dilə gətirib.

“Bu gün silahlı qüvvələrimizin sayı 700 mindir. Siz 700 min döyüşən insanın əməyinin nəticəsini görürsünüz”, – deyə dövlət başçısı bildirib.

Ukraynal lider ordu birlikləri və texnikanın bütün ölkəyə səpələndiyini deyib.

Prezidentin sözlərinə görə, Ukrayna kimi bir ölkəyə 250,000 və ya 260,000 minlik ordu artıq yetərli deyil. Buna görə də o, ələ 2022-ci ilin əvvəlində növbəti il üçün Silahlı qüvvələrin 100 min nəfər artırılması haqqında fərman imzaladığını xatırladıb.